Azərbaycanda 86 yaşlı sabiq nazir müavini intihar etdi
Aprel ayının 15-də Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 3, mənzil 18-də 86 yaşlı qadın intihar edib.
BAKU.WS-in SalamNews-a istinadən məlumatına görə, 1931-ci il təvəllüdlü Sultanova Zərifə Məmmədəli qızı uzun illərdir iflic xəstəliyindən əziyyət çəkib, əlil arabasında gəzib. Həmin gün günorta saatlarında oturduğu əlil arabasında iplə özünü boğaraq intihar edib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
Mərhumun yaxınları, Sultanova Zərifə Məmmədəli qızının Sovetlər Birliyi vaxtında uzun illər yüksək vəzifələrdə işlədiyini, hətta nazir müavini vəzifəsinə qədər yüksəldiyini bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda ana və övladı doğuş zamanı dünyasını dəyişdi
Bakının Yasamal rayonunda doğuş zamanı ana və uşaq ölümü qeydə alınıb. "Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı Ak. Mirqasımov...