Xaçmazda polis əməkdaşının meyiti tapıldı
Xaçmaz rayonunda kişi meyiti tapılıb. ANS PRESS-in məlumatına görə, meyit rayonun Mehrəliqışlaq kəndi ərazisində meyvə bağlarından birində aşkar edilib.
Dərhal məlumat daxil olan hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə baxış keçirib və ölən şəxsin Daxili İşlər Nazirliyinin xüusi əhəmiyyətli obyektlərin qorunması idarəsinin əməkdaşı Beyrək Seyidverdiyev olduğu müəyyənləşib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib və ilkin araşdırmalar zamanı onun üzərində heç bir fiziki xəsarət aşkar edilməyib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.
Ölən polis əməkdaşının meyiti tapılan ərazinin onun özünə məxsus olduğu bildirilir.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Gəncədə 22 yaşlı qız özünü asdı
Gəncədə intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə Kəpəz rayonunun Muxtar Hacıyev küçəsi 4-cü döngə, ev...