Bakıda qadın özünü yaşadığı binadan atdı

Bakıda qadın özünü yaşadığı binadan atdı
Hadisə 917

 

Bakının Binəqədi rayonunda 47 yaşlı qadın özünü yaşadığı binanın dördüncü mərtəbəsindən aşağı atıb.

BAKU.WS-in SalamNews-a istinadən xəbərinə görə, hadisə rayonun Kunabayev küçəsi 7b, mənzil 12-də qeydə alınıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım maşını, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Ağır xəsarətlər alan Gülarə Məlikova 1 nömrəli Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xəstəxanadan G.Məlikovanın vəziyyətinin ağır olduğu bildirilib.

Faktı Binəqədi Rayon Prokurorluğu da təsdiqləyib. Bildirilib ki, faktla bağlı araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 21 yaşlı qız özünü binadan atdı

Bakıda 21 yaşlı qız özünü binadan atdı

Bakıda gənc qız özünü binanın 4-cü mərtəbəsindən atıb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 21 yaşlı F.S...

3606 Hadisə 13:45 05 yanvar 2017

Son xəbərlər