Azərbaycanda minlərlə insanı zəhərləməyə hazırlaşan adam tutuldu
25
okt
2017
14:28
Sağlamlığına ciddi təhlükə yaradan məhsullar ələ keçirildiBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində rayon sakini Fəxrəddin Həmzətov çəkisi 500 kiloqrama yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs Balakən, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə atları kəsərək həmin ətlərin iribuynuzlu mal əti adı altında Bakı şəhərində satışını təşkil etmək istəyib.Kəsilmiş at cəmdəklərindən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən ət istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda gənc 240 ədəd saxta 100 manatlıq kəsib - ƏSL PULDAN SEÇİLMİR - (FOTO)
Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınma...