Azərbaycanda 1 tona yaxın at əti satmaq istəyənlər tutuldu
Daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Ağdaş rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakinləri – Cavanşir Əliyev, Rövşən Hüseynov və Orxan Hüseynov 945 kiloqram mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər əldə etdikləri xəstə, ölü atların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyiblər.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda 1 ton xəstə heyvan əti satmaq istəyən şəxs tutulub (FOTO)
Qazax rayon sakini 1 tondan artıq mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb. Daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin...