Azərbaycanda 4 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb
Dövlət Baytarlıq Nəzarəti Xidməti yanvarın 9-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini, icarədar olan Sərdar Şıxəliyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində reyd keçirib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) BAKU.WS-ə verilən məlumata görə, reyd Daxili İşlər Nazirliyinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun iştirakı ilə aparılıb.
Reyd nəticəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skilletləri aşkar olunub.
Mənşəyi məlum olmayan həmin heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcəkdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və bu işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycandan Türkiyəni şok edən qərar
Türkiyə Respublikasının bir sıra bölgələrində dabaq xəstəliyinin baş verməsi ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət B...