91 obyektdə yoxlama aparıldı

91 obyektdə yoxlama aparıldı
Sosial 771

Bu ilin yanvar-sentyabr ayları ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Ədliyyə Nazirliyinin çıxarışı əsasında pestisidlərin və aqrokimyəvi maddələrin satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus 91 obyektdə yoxlamalar aparılıb. Dövlət Fitosanitar Nəzarəti Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yoxlamalar zamanı İmişli rayonunda "MikroAzFeed” MMC-yə məxsus anbarda 3850 ton superfosfat gübrəsinin idxal icazəsi olmadığı və keyfiyyət göstəriciləri mövcud standartlara uyğun olmadığı üçün satışı dayandırılıb və tətbiq normasına müvafiq düzəlişlər edildikdən sonra istifadəsinə icazə verilib. Yoxlamalar zamanı  həmçinin respublikanın müxtəlif regionlarında bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr satılan mağazalarda qeydiyyatdan keçməyən, mənşəyi məlum olmayan, istifadə müddəti keçmiş 115 adda 1 396 kq/l preparat aşkar edilərək dövriyyədən çıxarılmış və satışı qadağan edilib.  "Maksimal Kapital” MMC tərəfindən ölkəyə gətirilən Türkiyənin "Cansa Kimya” şirkətinin istehsalı olan 39 adda preparatın (cəmi 17095 kq) və fiziki şəxs Bağırov Cəlal Telman oğlu tərəfindən gətirilən Çindən "Shehzhen Andamao İmport and Export Co Ltd” şirkətinin istehsalı olan 2 adda preparatın (cəmi 9520 kq) dövlət qeydiyyatından keçmədiyini və sözügedən şirkətlərin xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərdiyini nəzərə alaraq qeyd olunan preparatların geri qaytarılması üçün müvafiq tədbirlər görülüb. Ziya Səccad

BAKU.W

Oxşar xəbərlər

Azərbaycanda xarab mal satan mağazalar (SİYAHI)

Azərbaycanda xarab mal satan mağazalar (SİYAHI)

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədb...

1832 Sosial 12:19 02 oktyabr 2015

Son xəbərlər