Bakıda saxta məktəbli geyimlərinin satışının qarşısı alındı

Bakıda saxta məktəbli geyimlərinin satışının qarşısı alındı
Sosial 1003

  İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən saxta məktəbli geyimlərinin satışının qarşısı alınıb. Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Dövlət Xidməti Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, mənzil 70 ünvanında fəaliyyət göstərən fiziki şəxs Vüqar Rzayevə məxsus mağazada aparılan yoxlama zamanı digər sahibkarlıq subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub. Belə ki, mağazada "Bakı Tikiş Evi" ASC-yə məxsus "BTE" və "BTE Apparel" əmtəə nişanlarından qanunsuz istifadə edilməklə istehsal olunmuş saxta məktəbli geyimlərinin satışının həyata keçirildiyi aşkarlanmış və həmin mallar ticarət dövriyyəsindən çıxarılıb. Yol verilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs Vüqar Rzayev barəsində qanunamüvafiq tədbirlər görülür. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Xarab mal satan mağazalar aşkarlandı (SİYAHI)

Xarab mal satan mağazalar aşkarlandı (SİYAHI)

Mağazalarda satışda olan yarasız mallar aşkarlanıb. BAKU.WS-in İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla verdiyi məlumata görə, Antiinhisar Siyasəti və İst...

1473 İqtisadiyyat 22:30 31 avqust 2015

Son xəbərlər