Bayramda ən ucuz heyvan satılacaq məntəqələr (ÜNVANLAR)

Bayramda ən ucuz heyvan satılacaq məntəqələr (ÜNVANLAR)
Sosial 2094

Bu il borcdan canını qurtaran Samir Babayev Qurban bayramında heyvan kəsmək istəyir. Lakin bayramqabağı ətin və heyvanların qiymətinin qalxacağından ehtiyat etdiyi üçün Samir Babayev BAKU.WS-ə bildirib ki, indidən tədarük görəcək.

"Cəmi 150 manat pulum var. Gərək indidən heyvan alım ki, bayrama 2-3 gün qalmış heyvanların qiyməti "kəllə-çarxa qalxacaq", - deyən Samir Babayev Qurban bayramında ətin qiymətinin qalxmasından çox narahatdır.

Əslində bu fikir təkcə Samir Babayevi deyil, bir çox vətəndaşı narahat edir. Çünki, hər il adət etdiyimiz kimi, Qurban bayramı ərəfəsində iri və xırda buynuzla heyvan bazarında qiymət artımı müşahidə olunur. Lakin rəsmi qurumlar tam əminliklə bildirirlər ki, bu bayramda nə ətin, nə də diri heyvanın qiymətində artım olmayacaq.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov BAKU.WS-ə açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də Bakıda və ətraf qəsəbələrdə qurbanlıq heyvanlıqların satışı təşkil olunan yarmarkalar keçiriləcək. Yarmarkaların keçirilməsində başlıca məqsəd bayram ərəfəsində ət və ət məhsullarının, eləcə də, diri heyvanların qiymətinin artırılmasının qarşısını almaqdır. "Yarmarkalar ötən ilki bazarların yerlərində təşkil olunacaq. Bundan əlavə, yeni ərazilərdə qurbanlıq heyvanların satışı qurulacaq. Nəzarət olunacaq ki, süni qiymət artımı olmasın. Hansısa satış məntəqələrində qanunsuzluq aşkar olunarsa, cavabdeh şəxslər ciddi şəkildə cəzalandırılacaq”, - deyə Əliabbas Bağırov bildirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən də bildirilib ki, Qurban bayramı ərəfəsində ət və ət məhsullarının qiymətində heç bir artım olmayacaq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin BAKU.WS-ə verdiyi məlumata görə, artıq reydlərə başlanılıb. Qeyd olunan günlərdə əhalinin müxtəlif ərzaq məhsullarına olan tələbatının artmasını nəzərə alaraq bazarlarda reydlər keçirilir. Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri keçirilir. Bazarlarda intensiv olaraq yoxlamalar aparılır. Əgər kimsə süni qiymət artımı halları ilə rastlaşarsa, o zaman nazirliyə məlumat versin”, - deyə Abbas Əliyev bildirib. Abbas Əliyevin sözlərinə görə, təşkil olunacaq yarmarkalar əsasən əhalinin daha çox bazarlıq etməyə adət etdiyi ərazilərdə təşkil olunacaq. Bakıının 9 rayonu və bütün qəsəbələr ərazisində belə yarmarkalar olacaq. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən isə bildirdilər ki, bu il qeydiyyatdan keçən 10 ədəd heyvan kəsim məntəqələri fəaliyyət göstərir.

Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli BAKU.WS-ə bildirib ki, bu cür məntəqələrdə baytarlıq müayinəsi pulsuz olaraq həyata keçiriləcək.

"Bakı şəhərində Qurban bayramı ilə əlaqədar olaraq 10 ədəd heyvan kəsim məntəqələri faəliyyət göstərir. Eyni zamanda, bu cür məntəqələrdə heyvanların baytarlıq müayinəsi pulsuz olaraq həyata keçiriləcək”.

Qurum rəsmisi bu məntəqələrdə heyvan kəsiminin şəhərin ekoloji vəziyyətinin çirklənməsinin qarşısını alacağını da qeyd edib:

"Bu cür məntəqələrdə baytarlıq sanitariya qaydaları tam qorunur. İstərdik ki, insanlar həmin məntəqələrdə heyvanları kəsdirsinlər. Şəhərin təmizliyinə riayət olunsun”.

Bundan başqa Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Bakı Şəhəri Baytarlıq İdarəsinin baytar mütəxəssisləri bu gündən yerlərdə həm kəsimə, həm də gətirilən heyvanlara nəzarət edəcək.

"Artıq bizim mütəxəssislər yerlərdə faəliyyət göstərirlər. Gətirilən heyvanların baytarlıq şəhadətnaməsi əsasında gətirilməsinə və heyvanların kəsiminə nəzarət olunur. Təxminən 80 nəfər baytarlıq mütəxəssisi bu işə cəlb olunub”, - deyə Yolçu Xanvəli bildirib.

Qeyd edək ki, məntəqələr Keşlə bazarı yaxınlığında, Nərimanov rayonu ərazisində , "Oazis” restoranın yanında, "Çobanzadə” küçəsində, Heydər Əliyev prospektində ("Qoç ət” ) Suraxanı ərazisində ("Hilal ət”), Binə tərəfdə ("Binə”) fəaliyyət göstərir. Hazırda təşkil olunacaq satış yarmarkalarının ünvanları hazırlanır. Plana əsasən ünvanlar ötən illərdə kimi eyni ərazilərdə təşkil olunacaq. Qurbanlıq heyvanların satışının təşkil olunacağı ünvanlar: Qaradağ rayonu - Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı; - Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı; Səbail rayonu - Bibiheybət yolu, "Azpetrol" yanacaq doldurma məntəqəsinin yanı; - 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə; Yasamal rayonu - Şərifzadə küçəsi, 196, "İdeal" şadlıq sarayının həyəti; Binəqədi rayonu - 8-ci mikrorayon, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi; - Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, "Zəngəzur" şadlıq evi ilə üzbəüz; - Biləcəri qəsəbəsi, T.Yaqubov 12 A, (Bələdiyyənin qarajı); - Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, Qəsəbə mərkəzi; Nərimanov rayonu - Əliyar Əliyev küçəsi, 26, F.X.Xoyski prospekti ilə kəsişmədə; Nizami rayonu - R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, "Neolit" restoranının yaxınlığında; Xətai rayonu - Nobel prospekti, "Nargilə" kafesinin yanı; - M.Hadi küçəsi, Ukrayna dairəsində; - Mehmandarov küçəsi, 72, Elektrik yarımstansiyasının yaxınlığında; Sabunçu rayonu - Zabrat-Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin yanı; - Sabunçu qəsəbəsi, Şəhər Şossesi, "ABU" yanacaq doldurma məntəqəsinin yanı; Suraxanı rayonu - Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı; - Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, "Neftçi" stadionunun yanı; - Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı; - Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi Xəzər rayonu

- Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 9, (yolun solu); - Qala qəsəbəsi, Dəmiryolçular küçəsi 41, (Qala bələdiyyəsinin inzibati binasının qarşısı); - Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 3. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda benzinin qiyməti ucuzlaşmayacaq

Azərbaycanda benzinin qiyməti ucuzlaşmayacaq

"Azərbaycan bazarında avtomobil benzinin qiyməti neftin 60-62 dollar/barel qiyməti əsasında hesablanıb. Azərbaycanda istehsal olunan Ai-92 markalı benzinin qiym...

2590 İqtisadiyyat 15:04 14 sentyabr 2015

Son xəbərlər