Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib.
BAKU.WS komitəyə istinadən xəbər verir ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qoşqusunda mal müşayiət sənədlərində qeyd olunmayan ümumilikdə 10 adda 480 ədəd tibb sahəsində istifadə olunan mallar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi
Külli miqdarda dələduzluq etməkdə ittiham olunan "Zamin əmlak agentliyi"nin direktoru Oqtay Zərbəliyev və həmin qurumun satış menecerləri - Orxan Əliyev, Ramin...