Azərbaycanda inanılmaz oğurluq: pul və qızılı tapa bilmədi, ev sahibini toka verdi (VİDEO)

Azərbaycanda inanılmaz oğurluq: pul və qızılı tapa bilmədi, ev sahibini toka verdi (VİDEO)
Video
Hadisə 1712

 

Goranboyda ev sahibini döyüb, oğurluq edən şəxslər saxlanılıb.

ARB Kəpəz xəbər verir ki, noyabr ayının 3-ü səhər saatlarında 3 nəfər şəxs Goranboy rayonunun Azad kəndinə gələrək orada Rəhman Qərhəmanova məxsus evdən oğurluq etmək istəyiblər.

Əslində "qəhrəmanlar" öz çirkin əməllərini yerinə yetiriblər, özü də quldurluq yolu ilə. Evdə heç kimin olmadığını düşünən çağırılmamış qonaqların qarşısına anidən ev sahibi Rəhman Qəhrəmanov özü çıxıb. Bu zaman dəstə üzvləri öz çirkin əməlllərini başa çatdırmaq üçün Qəhrəmanova ağır bədən xəsarətləri yetiriblər.

Rəşid Məmmədov- zərərçəkənin qardaşı: "Gəlib, qardaşımı döyüb, tok veriblər. Sonra da pul istəyiblər. Evi axtarıblar. Pulun bir hissəsini və qızılları götürüb, gediblər. Qardaşımı isə huşsuz vəziyyətdə evdə qoyublar”.

Qəmər Qəhrəmanova- zərərçəkənin bacısı: "Girdim-çıxdım, gördüm küçədə dayanıblar. İstədim soruşam, ay bala siz kimi axtarırsız. Nə biləydim ki, qardaşımı öldürməyə gəliblər”.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları evə baxış keçiriblər. İlkin araşdırmalar zamanı evdən 1600 manat nağd pul və 3300 manat dəyərində qızıl-zinət əşyaları aparıldığı məlum olub. Cinayət hadisəni törədənlər isti izlərlə saxlanılıblar.

İlkin istintaq zamanı müəyyən edilib ki, Bakıda bir araya gələn qrup üzvlərinə Rəhman Qəhrəmanovun evində 10 min manat pul olması barədə məlumatı zərərçəkənin Emin adlı yaxın qohumu verib. Çağırımamış qonaqlar mənzil sahibinin evdə olmasına görə hələ bir təəssüf hissi də keçirirlər.

Sadiq Bağırov- saxlanılan şəxs: "Belə boş evə girmişdik. Evdə adam çıxandan sonra quldurluq qərarına gəldik. Evdən 1300 manat pul və 1600 manatlıq qızıl çıxdı. Getdik Bakıya, hərəmizə 350 manat pul düşdü”.

İstintaq zamanı o da müəyyən edilib ki, dəstənin üzvü olan Rauf Abbasov buna qədər Bakı şəhərində oğurluq hadisəsi törədib. Bir obyektdən 13 kompyuter dəsti ələ keçirən 22 yaşlı gənc həmin cinayəti tək törətdiyini  deyir.  

Rauf Abbasov- saxlanılan şəxs: "13 dəst kompyuter oğurlamışam. Onların hamısını Sabunçu rayonunda "Rus bazarı” var, orada 3 bir, 4 bir satırdım ki, tutmasınlar. Deyirdim özümüzünküdür, evimizdə qalıb”.

Zərərçəkən Rəhman Qəhrəmanov hazırda paytaxt xəstəxanalarının birində həkim nəzarəti altındadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Goranboy polisi isə dəstə üzvlərinin digər cinayətdə iştirak edib-etmədiyi araşdırır.

BAKU.WS

Son xəbərlər