Azərbaycanda qəribə oğurluq hadisəsi törədildi (FOTO)

Azərbaycanda qəribə oğurluq hadisəsi törədildi (FOTO)
Hadisə 1605

Cəlilabadda nəməlum 10 nəfər ailənin yaşadığı evdən Külli miqdarda pul oğurlanıb. Hadisə rayonun Göytəpə qəsəbəində Vüqar Mürsəlov küçəsində Ələsgər Ələsgərova məxsus evdə baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, axşam saatlarında  nəməlum şəxs və ya şəxslər həyətdəki nərdivanı evin 2 ci mərtəbəsindəki pəncərəyə söykəyərək. Ordan evə daxil olublar.Evi axdardıqdan sonra otaqlardan birindəki sandığın arxasın sökərək içindən 9 min ABŞ dolları və 13 min manat pulu oğurlayıblar. 

Hadisənin ən maraqlı tərəfi isə oğurluğun ev sahibinin oğlu Anar Hüseyinovun yatdığı otaqdan edilməsidir.

Ailə üzvləri iddia edirlər ki, oğurluğun həyata keçirilməsi üçün evdə onlara qarşı yuxu gətirən dərmandan və ya qazdan istifadə olunub.

Maraqlıdır ki, sandıqdakı bütün pullar oğurlansa da sandıqdakı 6-7 min manatlıq dəyəri olan qızıl zinət əşyalarına toxunulmayıb. Məsələ ilə bağlı Göytəpə polis idarəsindən bildirildi ki, faktla bağlı cinayət işi açılıb Cinayətkarların tapılması istiqamətində araşdırmalar davam etdirilir.

Rəhman Məlikov 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda film kimi cinayət

Azərbaycanda film kimi cinayət

Masallıda ssenari üzrə qurulmuş film kimi oğurluq olub. ANS PRESS-in məlumatına görə, evindən oğurluq edildiyini iddia edən şəxs ifşa olunub. Hadisə bu ilin ma...

6 Hadisə 13:33 04 iyun 2016

Son xəbərlər