Bakıda jurnalist bacanağının evini soydu (FOTO)
Bakıda mənzildən oğurluq edən şəxslər saxlanılıb.
BAKU.WS musavat.com-a istinadən məlumat verir ki, onlar açarın surətini çıxarmaqla mənzilə daxil olublar və 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıblar. Hadisə Xətai rayonunda baş verib.
Elşad Abdullayev polisə müraciət edərək bildirib ki, evdə olmadıqları vaxt qızıl-zinət əşyaları oğurlanıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli şəxsləri saxlayıb. Onlar İsmayıl Rzayev və əvvələr məhkumluq həyatı yaşamış Bəxtiyar Əliyevdir.
İsmayıl Rzayev ev sahibinin bacanağıdır. O, evdə qızıl-zinət əşyalarının olduğunu bilirmiş: "Evdən açarı götürdüm, surətini çıxarıb qoydum yerinə. Həmin gün evləri boş idi. Bəxtiyarı göndərdim getdi onlara. Özüm aşağıda gözlədim”.
Evə Bəxtiyar Əliyev girib. Onun sözlərinə görə, planı İsmayıl Rzayev qurubmuş: "Dedi ki, ev var, içəridə heç kim yoxdur. Mən də işsiz adamam, getdim”.
Dostlar hadisə yerindən uzaqlaşan kimi qızılları aralarında bölüblər. Daha sonra onlar əldə etdikləri 50 min manatlıq qızıl-zinət əşyalarını müxtəlif mağazalara ucuz qiymətə satıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, İsmayıl Rzayev BDU-nun jurnalistika fakültəsini bitirib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda generalın evindən 150 minlik oğurluq edildi
Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin mənzilindən (İzzət Həmidov küçəsi 7, ev 8) 50 min manat və xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. BA...