Azərbaycanda kredit borcunu ödəyə bilməyən şəxs ev yardı
Mingəçevirdə mənzil qarət olunub.
BAKU.WS-in məlumatına görə, Abdullayev küçəsində yerləşən 4 saylı binanın mənzil 11 ünvanında yaşayan Nazim Məmmədov evi yarılıb. Ona məxsus qızıl zinət əşyaları və 1200 ABŞ dolları oğurlanıb. Aparılan zəruri istintaq-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs, 24 yaşlı şəhər sakini Elşən Məmmədov isti izlərlə saxlanılıb. Cinayət hadisəsini törədən şəxsin yaşadığı mənzildən oğurlanan pul və qızıl əşyaları aşkarlanıb.
İlkin istintaqda Elşən törətdiyi cinayət əməlini etiraf edib. İstintaq zamanı o da məlum olub ki, E.Məmmədov mənzilin qapısını kustar üsulla hazırladığı açarla açıb.
Heç bir yerdə işləməyən Elşən Məmmədov götürdüyü pulun bir qismi ilə borclarını ödədiyini, bir hissəsini isə xərclədiyini deyir. Oğurlanan qızıl–zinət əşyaları və qalan 300 dollar pul isə polis tərəfindən maddi sübut kimi götürülüb.
Hazırda Mingəçevir polisi tutulan şəxsin digər cinayətlərdə əlinin olub-olmadığını araşdırır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda baş verən dəhşətli qətlin üstü açıldı
Dekabrın 18-i axşam saatlarında Samux rayonunda törədilən qətlin üstü açılıb. Rayonun polis və prokurorluq əməkdaşlarının birgə keçiridikləri əməliyyat-axtarış...