Bakıda qəribə hadisə - Oğru evin sahibəsi ilə qarşılaşdı
Bakıda oğurluq etmək istəyən şəxs ev sahibi ilə qarşılaşıb.
BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib. A.İsmayılova küçəsində yaşayan Sevinc İsmayılova evə girərkən naməlum şəxslə qarşılaşıb. Həmin adam qadının başından küt alətlə vurub, S.İsmayılova huşunu itirib. Ayıldığında isə oğrunun evdən qızıl-zinət əşyalarını oğurladığını görüb. Aparılan araşdırmalarla naməlum şəxsin evə hamamın nəfəsliyindən daxil olduğu müəyyən olunub.
S.İmayılova xəstəxanada yardım aldıqdan sonra evə buraxılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi açılıb.
Araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda oğru "səxavəti": 190 minin 40 minini ev sahibinə saxladı
Bakıda mənzildən böyük məbləğdə pul oğurlanıb. BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Nəsimi rayonunda baş verib. Belə ki, Rəşid Behbudo...