Bakıda oğru "səxavəti": 190 minin 40 minini ev sahibinə saxladı
18
fev
2016
12:15
Bakıda mənzildən böyük məbləğdə pul oğurlanıb. BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Nəsimi rayonunda baş verib. Belə ki, Rəşid Behbudov küçəsi ev 142-də yaşayan Rusiya Federasiyasının vətəndaşı Bəhman Niyazi oğlu Səmədovun evində olan 190 min ABŞ dollarının 150 min dolları naməlum şəraitdə oğurlanıb. Oğru (və ya oğrular) mənzildəki 40 min dolları saxlayaraq gedib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsində araşdırma aparılır. BAKU.WS
Oxşar xəbərlər
Bakıda səfirliyin xanım əməkdaşı qəzaya düşdü
Bakıda səfirliyə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS Report-a istinadən bildirir ki, Füzuli küçəsi 63-ün qarşısında Qazax...