Azərbaycanda ürək sızladan oğurluq - 4 "pampers", 10 yumurta...

Azərbaycanda ürək sızladan oğurluq - 4 pampers, 10 yumurta...
Hadisə 22420

 

Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən ərzaq dükanlarının birində qəribə oğurluq hadisəsi baş verib.

BAKU.WS savash.org-a istinadən bildirir ki, ərazidə yaşayan şəxslərin verdiyi məlumata görə, gecə yarısı pəncərəni qıraraq mağazaya daxil olan naməlum oğrunun davranışı hər kəsi, o cümlədən mağaza sahibini də təəccübləndirib. Belə ki, kassada 200 manat pulun olmasına baxmayaraq, həmin pulun 1 manatına da toxunmayan oğru yalnız özünün zəruri bildiyi məhsulları götürərək gedib. Onun mağazadan götürdüyü məhsulların siyahısı isə belə olub: 10 yumurta, 2 çörək və 4 uşaq bezi.

Oğurluq hadisəsindən səhər saatlarında xəbər tutan mağaza sahibinin bu olaydan çox təsirləndiyi və bu səbəbdən də hüquq-mühafizə orqanlarına müraciət etmədiyi bildirilir.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda mağazadan oğurluq anbaan kameraya düşdü (VİDEO)

Bakıda mağazadan oğurluq anbaan kameraya düşdü (VİDEO)

Bakının Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən mağazadan oğurluq hadisəsi anbaan kameranın obyektivinə düşüb. Hadisə bir neçə gün əvvəl baş verib. Ox...

3484 Hadisə 11:10 13 avqust 2016

Son xəbərlər