Bakıda mağazadan oğurluq anbaan kameraya düşdü (VİDEO)

Bakıda mağazadan oğurluq anbaan kameraya düşdü (VİDEO)
Video
Hadisə 3484

Bakının Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən mağazadan oğurluq hadisəsi anbaan kameranın obyektivinə düşüb. 

Hadisə bir neçə gün əvvəl baş verib.

Oxucumuzun BAKU.WS-ə göndərdiyi videodan görünür ki, gənc oğlan mağazanın içki şöbəsinin qarşısında dayanıb. O, sakitcə əlində saxladığı torbaya iki içki şüşəsi yerləşdirərək həmin yerdən uzaqlaşır.

Mağaza sahiblərinin bildirdiyinə görə, hadisə ilə bağlı polisə məlumat verilib. Oğrunun tapılması istiqamətində iş aparılır. 

Azad Əliyev 

BAKU.WS

Son xəbərlər