Azərbaycanda qəribə hadisə: gənc zarafata görə saxlanıldı (VİDEO)

Azərbaycanda qəribə hadisə: gənc zarafata görə saxlanıldı (VİDEO)
Video
Hadisə 2198

Saatlıda bir nəfər maraqlı oğurluq faktına görə saxlanılıb.

Deməli, həmin şəxs qohumunun evinə gedib kompüteri zarafatla götürərək gizlədib. Kompüterin sahibi də əşyasının oğurlandığını zənn edərək polisə müraciət edib. Saatlıda daha bir oğurluq fakti isə qardaşoğlunun əmisinin həyətindən heyvan oğurlaması ilə bağlıdır.

Qohumunun evində elədiyi zarafat başına iş açdı. Saatlı rayon sakini Azad Tağıyev Rusiyadakı tanışı ilə danışmaq üçün qohumugilə gedərək onun kompüterindən istifadə etmək istəyib. Danışıq baş tutmadığına görə zarafat edərək kompüteri gizlədib və bu da ona baha başa gəlib.

Kompüterin sahibi Vüsal Tağıyev polisə müraciət etdikdən sonra araşdırma aparılıb. Nəticədə cihazı zarafatla gizlədən Azad Tağıyev oğurluq iddiası ilə saxlanılıb.

Saatlıda daha bir oğurluq faktının üstü açılıb. Rayonun Əbilkənd kəndində əmisinin həyətindən heyvan oğurlayan Vüqar Kərimov və onunla əlbir olan Nicat Rüstəmov saxlanılıb. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər