Azərbaycanda gənc kredit borcuna görə babasının inəyini oğurladı (VİDEO)
Şəmkir sakini dostu ilə birlikdə babasına məxsus iribuynuzlu heyvanları oğurlayıb.
BAKU.WS Region TV-yə istinadən xəbər verir ki, 2 baş inəyi 200 manata satan gənclər əldə etdikləri pulla banka olan kredit borclarını ödəyiblər.
Şəmkir rayon Şiştəpə kənd sakini Zərinə Hacıyeva polisə ərizə ilə müraciət edərək atasına məxsus hər birinin dəyəri 1000 manat olan iki inəyin tövlədən oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri qısa müddətdə öz bəhrəsini verib.
Polis oğurluğu törətməkdə şübhəli bilinən Əvəz Mahmudov və dostu Səfər Nağıyevi saxlayıb. Əvəz Mahmudov zərərçəkən Oruc Hüseynovun nəvəsidir.
Taleh Şamilov - müstəntiq: "Keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluq törədən 1989- cu il təvəllüdlü Şiştəpə kəndində yaşayan Nağıyev Səfər Novruz oğlu və 1993- cü il təvəllüdlü həmin kənd sakini Mahmudov Əvəz Azad oğlu olub”.
Gənclər oğurladıqları mal-qaranı Zəyəm qəsəbəsi ərazisindəki bazara gətirərək orada 200 manata satıblar. Əldə etdikləri pulu isə dədə malı kimi öz aralarında bölərək banka olan kredit borclarını ödəyiblər.
Səfər Nağıyev- saxlanılan şəxs: "Mərkəzdə birlikdə çay içdik. Sonra isə qərara gəldik ki, Əvəzin babası Oruc kişinin tövləsindən oğurluq edək. Gedib heyvanları oğurladıq. Sonra isə 200 manata satıb aramızda böldük. 40 manatını kreditə verdim. Yerdə qalanını isə xərclədim”.
Babasının evindən oğurluq edən Əvəz Mahmudov əməlinə görə, peşman olduğunu bildirib. Saxlanılan şəxs onu oğurluğa dostunun vadar etdiyini deyib.
Əvəz Mahmudov- saxlanılan şəxs: "Babamın evi idi. Səfərlə getdik tövlədən açıb çıxardıq. Sonra isə Zəyəm bazarında satdıq”.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır. Polis zərərçəkənlərin sayının artacağını istisna etmir.
BAKU.WS
Oxşar xəbərlər
Bakı avtobuslarında sərnişinləri soyan cinayətkar tutuldu (FOTO)
Bakıda fəaliyyət göstərən ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini 1986-ci il təvəllüdlü Ramal Ş...