Azərbaycanda güclü zəlzələ olub - VİDEO

Bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Belə ki, zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub.
Zəlzələ ocağının dərinliyi 70-km-dir.
***10:28
Xəzər dənizində zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.
***08:21
Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə bildirib ki, zəlzələ paytaxt Bakıda da hiss olunub.
Məlumata görə, maqnitudası 5 olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib.
Qalereya
Oxşar xəbərlər
İranda gün ərzində baş verən ikinci zəlzələ də Azərbaycanda hiss olundu - YENİLƏNİB
Yerli vaxtla saat 11:09-da İran ərazisində ilkin məlumata görə, maqnitudası 4,7 olan zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlu...
