İranda növbəti zəlzələ Naxçıvanda hiss edilib - YENİLƏNİB

İranda növbəti zəlzələ Naxçıvanda hiss edilib - YENİLƏNİB
Hadisə 285

Yerli vaxtla saat 20:38-də Naxçıvan stansiyasında 89 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb, zəlzələ sərhəddə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.

Bu barədə BAKU.WS Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 4,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

***19:29

İranda 4,9 maqnitudada növbəti zəlzələ qeydə alınıb, yeraltı təkanlar Naxçıvanda hiss olunub.

Bu barədə BAKU.WS Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 18:41-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Oxşar xəbərlər

Azərbaycanda zəlzələlər olub - YENİLƏNİB

Azərbaycanda zəlzələlər olub - YENİLƏNİB

Şamaxıda 3,2 maqnitudada zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzəl...

904 Hadisə 08:35 16 dekabr 2022

Son xəbərlər