FHN ilkin məlumatı AÇIQLADI: Zəlzələ ilə bağlı dağıntı və itki qeydə alınmayıb - YENİLƏNİB-3 - VİDEO
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 04.07.2023-cü il tarixində saat 00:01-də Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, 20 kilometr dərinlikdə 5.7 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ respublikanın bir sıra şəhər və rayonlarında hiss olunub.
Hazırda Fövqəladə Hallar Nazirliyinə zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.
***00:53
İlkin məlumata əsasən, zəlzələ ilə əlaqədar olaraq, dağıntı və tələfat barədə FHN-ə məlumat daxil olmayıb.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.
***00:42
Yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.
***00:08
Xaçmaz rayonunda güclü zəlzələ qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, zəlzələ rayon mərkəzində hiss olunub. Dağıntı və itki barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Xəzər dənizində zəlzələ qeydə alınıb
Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tə...