Azərbaycanda 4.9 bal gücündə ZƏLZƏLƏ OLDU - FOTO - YENİLƏNİB - 2
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.
Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.
***11:17
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınmışdır.
Bu barədə BAKU.WS-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 4.9 bal maqnitudalı yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.
***11:07
Xəzər dənizində zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, yeraltı təkanlar 4.7 bal maqnitudalı olub.
Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.
Lənkəran sakinlərindən biri BAKU.WS-ə bildirib ki, yeraltı təkanlardan dərhal sonra mobil cihazına bu barədə bildiriş də gəlib.
Qalereya
Oxşar xəbərlər
Xəzər dənizində daha bir zəlzələ olub - YENİLƏNİB
Bu gün Xəzər dənizində daha bir zəlzələ olub. BAKU.WS xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı büros...