Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB
Bu gün Azərbaycanda bir neçə zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən xəbərə görə, bu gün saat 08:11-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Hacıqabul rayonu ərazisində yeraltı təkanlar olub. Zəlzələnin maqnitudası 3.9, dərinliyi 3 km olub.
Bundan başqa, zəlzələ saat 08:12-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.8, dərinliyi 3 km olub.
Zəlzələ hiss olunmayıb.
***10:50
Hacıqabul rayonunda zəlzələ olub.
Bu barədə BAKU.WS-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 4, dərinliyi 3 km olan yeraltı təkan hiss olunmayıb.
Oxşar xəbərlər
SON DƏQİQƏ - Azərbaycanda yenə zəlzələ baş verdi - YENİLƏNİB
Azərbaycanda yenidən zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu bardə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 08:...