Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonu ərazisində kredit götürmək istəyən qadın dələduzluqla üzləşib.
BAKU.WS xəbər verir ki, zərərçəkən əlaqə yaratdığı naməlum şəxsə müraciət edərək bankların birindən kredit götürməsi üçün ona köməklik göstərməsini istəyib. O, 11 min manat kredit vəsaitinin ayrılması üçün qarşı tərəfin bank kartına 2000 manat pul göndərsə də, vəd edilən krediti götürə bilməyib.
Nəsimi rayonunda polis tərəfindən keçirilən tədbirlə əməli törədən, əvvəllər dəfələrlə məhkum olunmuş C.Əzimov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, C.Əzimov pul köçürülməsi zamanı öz əməllərini ört-basdır etmək üçün dostuna məxsus kart hesabından istifadə edib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün Xəzər rayon məhkəməsi...