Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün Xəzər rayon məhkəməsi qərar qəbul edib.
Vilyam Hacıyev səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa buraxılıb.
Onun cəzasının başa çatmasına 1 ildən bir qədər çox vaxt qalmışdı.
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 5 may 2020-ci ildə saxlanılıb.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Ali Məhkəmə Vilyam Hacıyevin cəzasını 8 il 6 ay müddətinə azaldıb.
Oxşar xəbərlər
Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb
Nəsimi rayonu ərazisində kredit götürmək istəyən qadın dələduzluqla üzləşib. BAKU.WS xəbər verir ki, zərərçəkən əlaqə yaratdığı naməlum şəxsə müraciət edərək ba...