Astara Gömrük İdarəsində uğurlu ƏMƏLİYYAT: 103,3 kq narkotik AŞKARLANDI
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat - axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə BAKU.WS-ə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
"Cənub-Astara" gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "bibər" yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 154 ədəd dördbucaqlı formalı bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 103 kq 395 q narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Tanınmış iş adamının nəvəsinin güllələdiyi qadının son durumu
Ağdaş rayonunda baş verən silahlı insident zamanı yaralanan şəxsin son vəziyyəti məlum olub. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini...