Adnan Oktarın azərbaycanlı "kedicikləri" ayağa qalxdı: Bakıda məmur övladlarıyla.. - FOTO,VİDEO

Adnan Oktarın azərbaycanlı kedicikləri ayağa qalxdı: Bakıda məmur övladlarıyla.. - FOTO,VİDEO
Video
Hadisə 17937

Türkiyədə saxlanılan Adnan Oktarın xanım tərəfdarları Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət ediblər.BAKU.WS azeuronews.com-a istinadən xəbər verir ki, A.Oktarın azərbaycanlı tərəfdarları səfir Erkan Özoralın adına ərizə yazaraq xahiş ediblər ki, onları zərərçəkmiş qismində hazırda istintaqı gedən “Adnan Oktar işi”nə cəlb etsinlər. Əldə edilən özəl məlumatda deyilir ki, səfir adına yazılan ərizəni 54 qadın imzalayıb. Onlar ərizələrində qeyd ediblər ki, vaxtı ilə A.Oktarın Bakı şəbəkəsinin üzvü olublar. Xatırladaq ki, Türkiyədə həbs olunan Adnan Oktar kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur. Xüsusi əməliyyat zamanı çox sayda silah, gülləkeçirməz köynək və zirehli maşınlar da ələ keçirilib. BAKU.WS

Son xəbərlər