Adnan Oktarın azərbaycanlı tərəfdarları ilə bağlı AÇIQLAMA

Adnan Oktarın azərbaycanlı tərəfdarları ilə bağlı AÇIQLAMA
Şou-biznes 2863
“Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən dini iclmaların təsisçiləri arasında o qrupun üzvləri və təəssübkeşləri yoxdur”.BAKU.WS xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Türkiyədə “Harun Yahya” adı ilə məşhurlaşan ilahiyyatçı Adnan Oktarın Azərbaycandakı tərəfdarları ilə bağlı sualı cavablandırarkən modern.az-a açıqlamasında deyib.Dini Komitə rəsmisi icma kimi qeydiyyatdan keçmədiyinə görə, Adnan Oktarın Azərbaycandakı tərəfdarları ilə bağlı əlavə suallara cavab verə bilməyib.Qeyd edək ki, Türkiyədə “Harun Yahy”a adı ilə tanınan və özünü ilahiyyatçı adlandıran Adnan Oktar dünən – iyulun 11-də saxlanılıb. A.Oktarla yanaşı, onun 235 tərəfdarı da saxlanılıb.Məlumata əsasən, A.Oktara qarşı cinayət törətmək məqsədilə təşkilat qurmaq, uşaqların cinsi istismarı, seksual xarakterli hücum, azyaşlılarla seksual münasibət, uşağın qaçırılması və ya saxlanması ilə təcavüz, şantaj, insanları öz iradəsinə qarşı olaraq saxlama, siyasi və hərbi casusluq, dini inam və duyğuların istismar edilməsi ilə dələduzluq, sənəd saxtakarlığı, təhdid, insanları hərbi xidmətdən soyutmaq, rüşvət və digər ittihamlar irəli sürülüb.Adnan Oktarın Azərbaycanda da xeyli tərəfdarı var və bu şəbəkə üzvlərinin tez-tez onun Türkiyədə təşkil etdiyi yığıncaqlarda iştirak etdiyi heç kimə sirr deyil. Oktarın azərbaycanlı tərəfdarları sosil şəbəkələrdə də aktivdirlər... Onlar uzun illərdir Azərbaycanda Adnan Oktarın təbliğatı ilə məşğul olur, kitablarını gənclər arasında pulsuz paylayırlar. Bu şəbəkənin üzvləri olan yaraşıqlı gənclər həm oğlanlardan, həm də qızlardan ibarətdir.BAKU.WS

Son xəbərlər