Adnan Oktar və "kedicikləri" həbs edildi - BÖYÜK ƏMƏLİYYAT
11
iyl
2018
09:24
Türkiyədə böyük terror əməliyyatı keçirilib.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirilən əməliyyat zamanı Türkiyədə qarşıdurma yaradan, ictimai əsayişi pozan şəxslər, eləcə də terrorçulara fiziki və informasiya dəstəyi verənlər ifşa olunaraq həbs edilib.Keçirilən əməliyyat zamanı “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar və 235 tərəfdarı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat zamanı saxlanılıb.Saxlanılan şəxslər azyaşlı uşaqlara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj etməkdə ittiham olunur. Əməliyyat zamanı çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.Adnan Oktarın İstanbulun Çəngəlköy rayonundakı evində saxlanılan zaman müqavimət göstərdiyi bildirilir.Verilən məlumatlara görə, Adnan Oktarın verilişlərini canlı yayımladığı A9 TV-də də əməliyyat keçirilib. Əməliyyat zamanı dini ədəbiyyatlar, qarışıqlıq yaratmaq xarakteri daşıyan video materiallar tapılıb.Bu istiqamətdə əməliyyatların davam etdiyi bildirilir.Cavid BabayevBAKU.WS
Oxşar xəbərlər
Terrorçu qadınlardan saxlanıldı
Türkiyədə terrorçu qadınlardan ibarət dəstə üzvləri saxlanılıb.BAKU.WS "Hurriyet" qəzetinə istinadən xəbər verir ki, əməliyyat Antalyada keçirilib. Keçirilən əm...