Türkiyədə böyük fahişə əməliyyatı: azərbaycanlı qadınlar saxlanıldı

Türkiyədə böyük fahişə əməliyyatı: azərbaycanlı qadınlar saxlanıldı
Hadisə 3790

Türkiyənin Van şəhərində polis böyük bir əməliyyat keçirib. BAKU.WS-in məlumatına görə, əməliyyat zamanı böyük bir binada fahişəxana aşkarlanıb. Əməliyyat zamanı 100-ə yaxın insan saxlanılıb. Onlardan 65 nəfəri fahişəliyə məcbur edilən qadın, 35 nəfəri isə işçilər olub. Saxlanılan qadınlar arasında ukraynalı, azərbaycanlı, gürcü, suriyalı, türklər var. Əməliyyat zamanı saxlanılan fahişəxana işçilərindən tapança, tüfəng, bıçaq, xəncər və s. silah tapılıb. Araşdırmalar zamanı məlum olub ki, burada çalışan qadınların çoxu zorla bu işə məcbur edilirmiş. Onlara hədə-qorxu gəlirlərmiş.

Faktla bağlı araşdırmalar davam edir. BAKU.WS

Oxşar xəbərlər

Moskva polisi 59 kriminal avtoriteti saxladı (VİDEO)

Moskva polisi 59 kriminal avtoriteti saxladı (VİDEO)

Rusiyanın Moskva şəhəri yaxınlığında polis uğurlu əməliyyat keçirib. BAKU.WS-in məlumatına görə, Rusiya xüsusi təyinatlılarının keçirdiyi əməliyyat zamanı krim...

1779 Hadisə 10:56 18 fevral 2016

Son xəbərlər