Nardaranda zibillikdən silah-sursat tapıldı

Nardaranda zibillikdən silah-sursat tapıldı
Hadisə 1173

 

Nardaran qəsəbəsində məişət tullantıları yığılmış yerdən 1silah-sursat tapılıb.

BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də polis əməkdaşları tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsində məişət tullantıları yığılmış yerdən 1 ədəd "Makarov” tipli tapança, 1 ədəd "Vinçester” markalı tüfəng və 13 ədəd patron tapılıb. 

Xatırladaq ki, noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirilib. Qəsəbədə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olub. Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Bu əməliyyat Bakının Nardaran qəsəbəsində etiraz aksiyasına səbəb olub. 

BAKU.WS

Oxşar xəbərlər

Maştağada polis əməliyyat keçirdi: radikal dindarlardan silah-sursat tapıldı

Maştağada polis əməliyyat keçirdi: radikal dindarlardan silah-sursat tapıldı

"Müsəlman Birliyi” adlı hərəkatın üzvünün evindən xeyli sayda silah-sursat tapılıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata gör...

942 Hadisə 15:30 04 dekabr 2015

Son xəbərlər