DTX və DİN əməliyyat keçiirdi: Bakıda gizli ibadət yeri aşkarlandı
11
may
2018
19:45
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xəzər Rayon İcra Hakimiyyəti əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qeyri-qanuni məscid tipli ibadət yerinə baxış keçirilib.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, baxış əsnasında həmin ərazidə qanunazidd qaydada dini yığıncaqların, digər dini mərasimlərin təşkili və keçirilməsi, eləcə də, “Dini etiqad azadlığı haqqında” qanununmüvafiq maddələrinin pozulduğu aşkar edilib.Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Binyətov Gülverdi Allahverdi oğlu barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.BAKU.WS
Oxşar xəbərlər
Ötən il 19 dini icmanın qeydiyyatı ləğv edilib
Azərbaycanda 2017-ci ildə dini qurumların dövlət qeydiyyatı davam etdilərək 793-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 765-i İslam, 28...