Qeyri-qanuni təbliğat apardıqlarına görə 138 nəfər saxlanılıb

Qeyri-qanuni təbliğat apardıqlarına görə 138 nəfər saxlanılıb
Hadisə 2697
 

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə paytaxtın Yasamal, Nizami, respublikanın Gəncə, Şirvan, Quba, Tərtər şəhər və rayonlarında "Dini etiqad azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədilə reyd keçirib.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdıqlarına görə 10 nəfər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.

Həmin şəxslərdən 309 ədəd dini təyinatlı ədəbiyyat, 34 ədəd CD disk aşkar edilərək götürülüb. Ümumilikdə, cari ilin 6 ayı ərzində "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə 138 nəfər saxlanılaraq şəhər-rayon polis şöbələrinə gətirilib. Onlardan 1066 ədəd dini ədəbiyyat, 102 ədəd CD və DVD, 16 ədəd audio kaset, 94 ədəd jurnal aşkar edilərək götürülüb. Görülmüş tədbirlər nəticəsində 1 fakt üzrə cinayət işi başlanılıb.

Götürülmüş dini təyinatlı ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilməsi üçün DQİDK-ya göndərilib.

BAKU.WS

Son xəbərlər