"Barselona" Dani Olmonu satmaqdan imtina edib

Barselona Dani Olmonu satmaqdan imtina edib
İdman 73

İspaniyanın "Barselona" klubu Almaniyanın "Bavariya" komandasının maraq göstərdiyi yarımmüdafiəçisi Dani Olmo ilə bağlı qərarını verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi futbolçunu satmaq variantını istisna edib.

Əvvəllər klubun yarımmüdafiəçi üçün 80-90 milyon avroluq təklifləri nəzərdən keçirə biləcəyi barədə xəbərlər yayılmışdı. Lakin D.Olmonu "Barselona"dan almağın yeganə yolu rəsmən 500 milyon avro təşkil edən sərbəstqalma məbləğini ödəməkdir.

Qeyd edək ki, 28 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 9 matçda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər