Abşeronda sərxoş sürücü maşınla yanacaqdoldurma məntəqəsinə girərək qəza törədib - FOTO
                            
                                06
                                yan
                            
                                2018
                                10:54
                            
                            
                        Abşeron rayonunun Digah qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS Report-a istinadən xəbər verir ki, Rəsulov Rövşən Şamo oğlu idarə etdiyi "90-MP-597" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobili ilə "Lukoil" yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyib.Lakin idarəetməni itirən sürücü avtomobili məntəqədəki texnikaya vurub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Sürücünün sərxoş olduğu müəyyən olunub.Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.BAKU.WS


                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Bakıda sərxoş sürücü maşını "zapravka"ya çırpdı - VİDEO
Bakının Nizami rayonunda sürücünün sərxoş olması yol qəzasına səbəb olub.ARB TV xəbər verir ki, 28 yaşlı Samir Rzayev "BMW" markalı maşınla Elşən Süleymanov küç...