Tanınmış rejissor, aparıcı Sinan Çetinin oğlu Rüzgar Çetin avtomobil qəzasına səbəb olub.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, rejissorun oğlunun olduğu maşın qarşıdan gələn polis avtomobili ilə toqquşub. Hadisə nəticəsində bir polis dünyasını dəyişib. Rüzgar Çetin isə qəzadan sonra saxlanılaraq aparılıb. Müayinə zamanı Rüzgarın sərxoş olduğu məlum olub. Rüzgar Çetin Jurnalistlərə açıqlamasında peşman olduğunu deyib.  

Qeyd edək ki, Sinan Çetin Türkiyədə bir çox film və serialların rejissoru, bir neçə məşhur proqramların aparıcısı kimi tanınır. 

BAKU.WS