12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bakı-Qazax-Gürcüstan avtomobil yolunun kənarında, Yevlax rayonunun Səmədabad kəndi ərazisində yerləşən kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb.
 
BAKU.WS El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının  keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən, Səmədabad kənd sakiniTofiq İdris oğlu Əliyev saxlanılıb:"Kafe sahibi Tofiq İdris oğlu Əliyevin əxlaqsız yuva saxlaması aşkar edilmişdir", - deyə müstəntiqSəxavət Mirzəyev bildirib.

Saxlanılan şəxs Tofiq Əliyev də törətdiyi əməli etiraf edib: "Priton üstündə saxlanmışam. Səhv etmişəm. Öz səhvimi boynuma alıram".
Faktla bağlı cinayət işi açılıb. İbtidai istintaq tədbirləri davam etdirilir.
 
BAKU.WS