Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb
Bakı və Ankara arasında Azərbaycan-Türkiyə V Enerji Forumuna dair protokol imzalanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, sənədi Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıblar.
Bu gün Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu keçirilib. Forumda karbohidrogen və neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpa olunan enerji, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələr aparılıb.
Xatırladaq ki, ilk Forum 2021-ci il dekabrın 21-22-də Bakıda, II Forum 2022-ci il oktyabrın 5-6-da İstanbulda, III Forum 2023-cü il sentyabrın 28-29-da Naxçıvanda, IV Forum isə 2025-ci il sentyabrın 4-də İzmirdə keçirilib.
Qalereya
Oxşar xəbərlər
Maqdalena Qrono: Aİ Bakı və İrəvan arasında sülh prosesindəki müsbət dinamikanı alqışlayır
Avropa İttifaqı (Aİ) azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası sahəsində Azərbaycanı dəstəkləməyə davam edəcək. BAKU.WS report-a istinadən xəbə...