Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ

Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ
Si̇yahı Açıqlama
Sosial 70

Azərbaycanda ət idxalının əsas istiqamətləri açıqlanıb. Ölkəyə gətirilən mal və qoyun ətinin hansı ölkələrdən idxal edildiyi məlum olub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycana ən çox mal əti Ukrayna, Braziliya, Belarus, Hindistan və Rusiyadan idxal olunur.

Ququmdan qeyd edilib ki, qoyun əti üzrə isə siyahı fərqlidir:

"Bu məhsulun əsas idxalçı ölkələri Monqolustan, Rusiya və Birləşmiş Ərəb Əmirlikləridir.

AQTA tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsul idxal edilməmişdən öncə ixracatçı ölkədəki epizootik vəziyyət təhlil edilərək nəzərə alınır.

Xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları yüksək riskli məhsul qrupuna aid olduğu üçün ciddi şəkildə təhlükəsizlik və keyfiyyət tələbləri üzrə nəzarətdən keçilir. AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, laborator sınağa cəlb edilir. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, məhsulun dövriyyəyə buraxılmasına icazə verilir.

Yüksək riskli məhsulların daşınması, satışı, dövriyyəsi zamanı etiketlənməyə, saxlama şəraitinə, temperatur rejiminə və s. tələblərə ciddi şəkildə riayət edilməlidir. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini tələb edə bilərlər. Qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşdıqda, Agentliyin "1003 - Çağrı Mərkəzi"nə zəng vuraraq məlumat verilə bilər".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər