Rövşən Nəcəf: "Azərbaycanla Türkiyənin enerji tərəfdaşlığı strateji tərəfdaşlığın mühüm hissəsidir"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla Türkiyənin enerji tərəfdaşlığı dövlətlərimiz arasında strateji tərəfdaşlığın ayrılmaz mühüm tərkib hissəsidir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, hərtərəfli xarakterə malik enerji tərəfdaşlığı Azərbaycanla Türkiyənin iqtisadi maraqlarına, enerji təhlükəsizliyinin təmin edilməsinə və ümumilikdə bölgədə sabitliyin gücləndirilməsinə xidmət edir: "Türk-Azərbaycan V Enerji Forumunda iştirak etməkdən böyük məmnunluq duyuram. Ənənəvi olaraq keçirilən bu forum artıq illərdir ki, enerji sahəsində birgə fəaliyyətlərin, əldə edilən uğurların təqdimatı və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün əhəmiyyətli platformaya çevrilib".
Oxşar xəbərlər
Fuad Nağıyev: "PATA ilə əməkdaşlıq Asiya-Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsinə xidmət edir"
"PATA ilə tərəfdaşlığımız Asiya-Sakit okean regionu ilə daha sıx əlaqələrin qurulmasına sadiqliyimizi nümayiş etdirir". BAKU.WS xəbər verir ki, bu sözləri "PAT...