Bank soyğunu cəmi bir neçə dəqiqə çəkdi: İşçilərin üzünə bibər tozu atdı
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanda 28 yaşlı şəxs bank əməkdaşlarına hücum edərək pul çantasını oğurlamağa çalışıb. O, əməkdaşların üzünə bibər tozu ataraq onları çaşdırıb və çantanı götürərək qaçıb.
BAKU.WS xəbər verir ki, hadisə sentyabrın 10-da baş verib. Bank əməkdaşları bankomatdan pul götürdükdən sonra filiala qayıdarkən şübhəli şəxs arxadan yaxınlaşaraq onların üzünə bibər tozu səpib.
Əməkdaşlar dərhal onun arxasınca düşüb. Həmin vaxt ərazidə patrul xidməti aparan polis əməkdaşları da hadisədən xəbər tutaraq təqibə qoşulublar.
Şübhəli şəxs uzağa gedə bilmədən saxlanılıb. Oğurladığı pulun tamamı da polis tərəfindən geri qaytarılıb. Saxlanılan şəxsin 28 yaşlı Suraj Borkar olduğu müəyyənləşdirilib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...