Nazir: "Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub"
Yeniliklərdən dərhal xəbərdar olun
"İndiyədək neft-qaz infrastrukturu vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyə üzərindən beynəlxalq bazarlara ümumilikdə 761 milyon ton neft və 196 milyard kubmetr qaz tədarük edilib".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən ikitərəfli görüşdə deyib
O bildirib ki, bu müddətdə Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub, bunun 40 milyard kubmetri TANAP-ın payına düşüb:
"Təkcə bu ilin 8 ayında Türkiyəyə 6.2 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələrinə 7.5 milyard kubmetr, Suriyaya isə bir milyard kubmetr Azərbaycan qazı nəql edilib".
Oxşar xəbərlər
MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mülkiyyətində olan qeyri-yaşayış sahələri və zirzəmilər hərraca çıxarılacaq. Əmlakların başlanğıc qiymətləri 1 milyon...