SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini, Taleh Valeh oğlu Alızadə aralarında yaranan mübahisə zəminində bacısı 1994-cü il təvəllüdlü Cəmilə Valeh qızı Alızadənin boğazını kəsib. Ağır bədən xəsarətləri alan qadın dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu qiymətləndirilir.

Polis idarəsindən onu da bildirdilər ki, hadisəni törədən Taleh Alızadə polis əməkdaşları tərəfindən tutulub və istintaqa ilkin ifadəsində bacısını qısqanclıq zəminində bıçaqladığını deyib.

Faktla bağlı Tərtər polisi tərəfindən araşdırma aparılır.
 
BAKU.WS