Sabah Bakının 4 rayonunda su KƏSİLƏCƏK
02
iyl
2026
12:00
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə BAKU.WS-ə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə bağlı paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-də günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq.
Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.
Oxşar xəbərlər
Azərbaycan əhalisinin sayı açıqlandı
Bu ilin əvvəlindən Azərbaycanın əhalisi 11 min 99 nəfər artıb. BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə əhalisinin sayı 0.1 faiz arta...