Allergiyası olanlara vacib xəbər: Müasir müalicə üsulu açıqlanıb
Allergiyanın yalnız əlamətlərini deyil, xəstəliyin əsas səbəbini hədəfləyən müasir müalicə üsulu mövcuddur.
BAKU.WS xəbər verir ki, bu barədə allerqoloq-immunoloq Mariya Tsurtsumiya danışıb.
Onun sözlərinə görə, allergiya immun sisteminin əksər insanlar üçün zərərsiz olan maddələrə həddindən artıq reaksiya verməsi nəticəsində yaranır:
"Allergiyası olan şəxslərin orqanizmi bu maddələri təhlükə kimi qəbul edir, nəticədə anticisimlər və histamin ifraz olunur, bu da xəstəliyin xarakterik əlamətlərinin meydana çıxmasına səbəb olur.
Hazırda geniş istifadə olunan müalicə üsullarının əksəriyyəti allergiyanın səbəbini aradan qaldırmır, yalnız simptomları yüngülləşdirir. Məsələn, bronxial astmadan əziyyət çəkən xəstələr inhalyatorlardan, allergik riniti olan şəxslər isə burun kortikosteroidləri və antihistamin preparatlardan istifadə edirlər.
Bunun əksinə olaraq, allergen-spesifik immunoterapiya (ASİT) immun sisteminin allergenə münasibətini dəyişdirməyə yönəlib. Bu üsul zamanı xəstəyə müəyyən müddət ərzində allergiyaya səbəb olan maddə əvvəlcə kiçik, daha sonra isə tədricən artırılan dozalarda verilir. Məqsəd immun sisteminin həmin allergeni təhlükə kimi qəbul etməməsinə nail olmaqdır".
Həkim bildirib ki, ASİT bir neçə üsulla tətbiq oluna bilər. Müalicə dərialtı inyeksiya, dilaltı damcı və ya həblər vasitəsilə aparılır. Onun sözlərinə görə, hazırda praktikada daha çox dərialtı inyeksiya üsulundan istifadə edilir.
Mariya Tsurtsumiya vurğulayıb ki, bu terapiya xüsusilə uşaqlarda yüksək nəticə verir. Müalicəyə 5 yaşdan etibarən başlamaq mümkündür və erkən müdaxilə yüngül allergiyanın daha ağır formalara keçməsi riskini əhəmiyyətli dərəcədə azaldır.
Mütəxəssis onu da diqqətə çatdırıb ki, allergik rinit vaxtında və düzgün müalicə olunmadıqda zamanla bronxial astmaya çevrilə bilər. Onun sözlərinə görə, inkişaf etmiş astmanın müalicəsi ilkin mərhələdə aşkarlanan allergiyanın müalicəsindən xeyli mürəkkəbdir.
Oxşar xəbərlər
20 ballıq sistem dəyişdirilə bilərmi? - VACİB AÇIQLAMA
Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələr müəyyən edilərkən ölkənin iqtisadi göstəriciləri nəzərə alınır. BAKU.WS-in məlumatına görə, m...