Telman Salahov VƏFAT ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt idman tarixində xüsusi xidmətləri olan tanınmış futbolçu, SSRİ idman ustası, Əməkdar məşqçi, "Tərəqqi" medallı Telman Həsən oğlu Salahov 89 yaşında vəfat edib.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, Telman Salahov 1937-ci il fevralın 1-də Gəncə şəhərində anadan olub.
O, Gəncə İnşaat Texnikumunu və Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1957-ci ildən taleyini Sumqayıt şəhəri ilə bağlayan Telman Salahov şəhərin "İnşaatçı" futbol komandasının kapitanı olub və Sumqayıt futbolunun formalaşmasında mühüm rol oynayıb.
Uzun illər futbolçu və məşqçi kimi fəaliyyət göstərən Telman Salahov Azərbaycan futbolunun inkişafına böyük töhfələr verib. 2013-cü ildən "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının üzvü olan Telman Salahov 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...