Bakıda ağır qəza: Hərbçi öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Ziya Bünyadov prospektində yaşanıb.
Ceyhun Rasim oğlu Məmmədli idarə etdiyi "Mercedes" markalı 99-VB-494 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Anar Nurəddin oğlu Qəribovun idarə etdiyi 10-XP-729 dövlət nömrə nişanlı "Tofaş" və Şadman Faiq oğu Əsgərzadənin idarə etdiyi 90-XV-763 nömrəli "Mitsubishi" markalı maşınlarla toqquşub. Hadisə nəticəsində Ş.Əsgərzadə dünyasını dəyişib.
Məlumata görə, həyatını itirən Ş.Əsgərzadə hərbi qulluqçu olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....