Bakıda güclü yanğın başlayıb
Bakıda güclü yanğın başlayıb.
Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdiyi məlumata görə, Buzovna yolundan şəhər istiqamətində boş ərazı yanır.
Hadisənin görüntüsünü təqdim edirik:
Faktla bağlı Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə açıqlama verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Azərbaycanda ildırım yaşayış binasına düşdü
Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayış evində yanğın baş verib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın Kəmalə Qasımovaya məxsus ikimərtəbəli...